Bank Of Baku

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 10 oktyabr 2025 09:35 (UTC +04:00)

Oktyabrın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Yağış yağır, şimşək çaxır

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.

Küləyin sürəti

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.

Duman müşahidə olunan ərazilər

Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR