Bank Of Baku

FAKTİKİ HAVA: Şimşək çaxıb, leysan yağıb, ayrı-ayrı yerlərdə intensiv olub

FAKTİKİ HAVA : Şimşək çaxıb, leysan yağıb, ayrı-ayrı yerlərdə intensiv olub
# 16 avqust 2024 09:43 (UTC +04:00)

Avqustun 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfəxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, Şirvan, Lənkəran, Astara, Qrız, Xaltan, Neftçala, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR