Bank Of Baku

Fevralın 17-də Azərbaycanda gözlənilən hava proqnozu

Fevralın 17-də Azərbaycanda gözlənilən hava proqnozu
# 16 fevral 2025 12:27 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Gecə temperaturu: 4-7° isti

Gündüz temperaturu: 7-9° isti

Atmosfer təzyiqi: 765 mm civə sütunu

Nisbi rütubət: gecə 75-85 %

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə temperaturu: 0-5° isti

Gündüz temperaturu: 8-13° isti

Dağlıq rayonlarda gecə temperaturu: 5-10° şaxta

Gündüz temperaturu: 3° şaxtadan 2°-dək isti.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR