Bank Of Baku

Hidrometeorologiya Xidməti çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara müraciət edib

Hidrometeorologiya Xidməti çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara müraciət edib
# 10 iyun 2024 13:16 (UTC +04:00)

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb:

"Şəki rayonu ərazisindən axan Kiş çayda və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib".

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR