Milli Hidrometeorologiya Xidməti istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.
Xidmətdən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-22° isti olacaq.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 12-16°, gündüz 19-23° isti, dağlarda 1-6° isti, gündüz 6-9° isti olacaq.