Bank Of Baku

Küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib
# 27 fevral 2025 17:13 (UTC +04:00)

Fevralın 28-i və martın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Xızı, Xaçmaz, Şabran, Qusar, Sabirabad, Şirvan, İmişli, Zərdab, Ağcabədi, Göyçay, Qəbələ, Şəki, Kürdəmir, Beyləqan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Naftalan, Goranboy, Gəncə, Samux, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöldə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR