Bank Of Baku

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
# 25 noyabr 2024 18:56 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti noyabrın 26-sı axşam, 27-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

APA xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR