Bank Of Baku

Lənkəranda güclü külək başlayıb, Lerik rayonu üçün xəbərdarlıq edilib - VİDEO

Lənkəranda güclü külək başlayıb, Lerik rayonu üçün xəbərdarlıq edilib - VİDEO
# 26 iyun 2024 20:36 (UTC +04:00)

Axşam saatlarında Lerik rayonunda hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hazırda Lənkəranda güclü külək müşahidə olunur, arabir ildırım çaxır.

Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, axşam saatlarında Lerik rayonu ərazisi üçün kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

"Lerik - Lənkəran yolunda hərəkət bərpa olunub. Hazırda dağlardan düşən torpaq qatı ağır texnikalar vasitəsilə ərazidən kənarlaşdırılır".

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR