Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
# 20 iyun 2024 13:41 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında iyunun 21-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında iyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 21-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR