Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
# 01 iyul 2024 14:28 (UTC +04:00)

Azərbaycanın rayonlarında iyulun 2-dən 3-ü axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR