Oğuzun dağ ətəyi kəndinə yağan dolu təsərrüfatlara ciddi ziyan vurub - VİDEO

Oğuzun dağ ətəyi kəndinə yağan dolu təsərrüfatlara ciddi ziyan vurub  - VİDEO
# 21 iyun 2024 23:33 (UTC +04:00)

Oğuzun dağ ətəyi kəndinə dolu yağıb, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axaşam saatlarından başlayaraq Şimal-qərb bölgəsində hava şəraiti yenidən dəyişilib.

Bəzi ərazilərə qısa müddətli leysan yağıb, dolu düşüb və güclü külək əsib. Qeyri-sabit hava şəraiti Oğuz rayonunun rayon mərkəzindən 35 km uzaqlıqda dağ ətəyində yerləşən Xaçmaz kəndində daha çox büruzə verib. Kəndin müəyyən ərazilərinə 10-15 dəqiqə ərazində leysan yağışı ilə birlikdə dolu yağıb.

Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyı məlumata görə, may ayının sonlarından bəri kəndin ərazisinə artıq 6-cı dəfədir ki, dolu yağıb. Son ay ərazində yağan dolu və leysan yağışları səbəbindən kənd əhəlisinin şəxsi təsərrüfatlarında bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib. Demək olar ki, şəxsi təssərrüfatlarda bostan-tərəvəz və ağaclarda meyvə yox səviyyəsindədir.

Qeyd edək ki, hazırda Şimal-qərb bölgəsini əhatə edən rayonlarda qeyr-sabit hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR