Bank Of Baku

Qeyri-sabit hava şəraiti davam edib - FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti davam edib - FAKTİKİ HAVA
# 11 iyun 2024 12:02 (UTC +04:00)

İyunun 11-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda 2 mm, İsmayıllı, Daşkəsən, Tovuz, Göygöl, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Biləsuvar, Lerik, Qrızda duman müşahidə olunub.

Qərb küləyi arabir Göygöl, Daşkəsəndə 20 m/s, Astara, Lerikdə16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26-30, Naxçıvan MR-da 27-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 16-20 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR