Bank Of Baku

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Sabah 37 dərəcə isti olacaq  - PROQNOZ
# 21 avqust 2024 12:30 (UTC +04:00)

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR