Bank Of Baku

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlarda yağış yağacaq, dolu düşəcək
# 11 iyun 2023 13:24 (UTC +04:00)

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə,

iyunun 12-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR