Bank Of Baku

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Sabahdan külək güclənəcək  - XƏBƏRDARLIQ
# 23 sentyabr 2024 16:37 (UTC +04:00)

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

APA xəbər verir ki, bununla bağlı milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR