Bank Of Baku

Yağıntılı və küləkli hava davam edir, Şahdağda qar yağır - FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava davam edir, Şahdağda qar yağır - FAKTİKİ HAVA
# 14 sentyabr 2025 17:16 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən APA-ya verilən xəbərə görə, Şahdağda qar yağır.

Arabir leysan yağır

Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.

Bakıda və Abşeron yarımadasında külək güclənir

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR