Bank Of Baku

Yağış atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərib

Yağış atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərib
# 01 iyul 2023 12:34 (UTC +04:00)

Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətunin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisinin sözlərinə görə, hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.

"Gün ərzində atmosfer havasının keyfiyyətinin əlverişli və oksigenlə zəngin olacağını demək olar",- deyə N.Mahmudov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR