Bank Of Baku

Yağış yağacaq, leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Yağış yağacaq, leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
# 15 sentyabr 2025 17:40 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR