Bank Of Baku

Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirib

Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirib
# 16 iyun 2010 10:26 (UTC +04:00)
DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, təlimlərin əsas məqsədi dəniz sərhədlərinin mühafizəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişləndirilməsi, dənizdə mümkün təhdidlərin zərərsizləşdirilməsi zamanı qarşılıqlı əlaqənin təşkili, dənizdə birgə sərhəd əməliyyatlarının keçirilməsi vərdişlərinin işlənilməsi, xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub. Təlimlərə sərhəd gözətçi gəmiləri, iti sürətli katerlər, çevik qruplar, texniki müşahidə məntəqələri və sərhəd aviasiyası cəlb edilib.

Üç mərhələdə keçirilən təlimlərdə şərti sərhəd pozucusu olan gəminin axtarışı, dayandırılması və gəmi heyətinin zərərsizləşdirilməsi, qəzaya uğramış gəmiyə köməklik göstərilməsi və dənizə düşmüş insanların xilas edilməsi, gəmi artilleriyasının tətbiqi elementləri icra olunub.

Təlimlərə cəlb olunmuş qüvvələr yüksək döyüş hazırlığı nümayiş etdirib, qarşıya qoyulan tapşırıqları tam həcmdə yerinə yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR