Bank Of Baku

Qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisinin adı məlum olub

Qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisinin adı məlum olub
# 19 iyun 2010 13:20 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu, Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Mübariz Ağakərim oğlu İbrahimovdur. Şəhidin meyiti təmas xəttinin ermənilərin nəzarəti altında olan hissəsindədir. Məlumatlara görə, şəhid olan hərbçi dünən gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Borsunlu kəndi istiqamətində hücumunu dəf edən zaman düşmən gülləsinə tuş gəlib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 18-də saat 23.30 radələrində Tərtərin Çaylı kəndi istiqamətində baş verən atışmada erməni tərəfi ciddi itki verib.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb. Azərbaycan tərəfi də döyüşdə itki verib. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bir əsgərinin döyüşdə həlak olduğunu, meyitin təmas xəttinin ermənilərin nəzarəti altında olan hissəsində qaldığını xəbər verir.

Azərbaycan Müdafiə Nazirliyindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR