Bank Of Baku

Azərbaycan Ordusunun şəhid əsgəri torpağa tapşırılıb

Azərbaycan Ordusunun şəhid əsgəri torpağa tapşırılıb
# 21 iyun 2010 16:09 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, şəhid əsgər Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Cəlilabad rayon İcra Hakimiyyəti aparatının, Hərbi Komissarlığın, hüquq-mühafizə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elgün Rafiq oğlu Şükürov 2009-cu ilin yanvar ayında Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. O, iyunun 21-də saat 01.45 radələrində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR