Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 28 iyun 2010 06:43 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri iyunun 27-də saat 07.40-dan 08.15-dək, saat 16.10-dan 16.40-dək, saat 18.25-dən 18.40-dək saat 20.40-dan 20.50-dək, iyunun 28-də saat 03.00-dan 03.55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 27-də saat 19.30-dan 19.35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 28-də saat 01.40-dan 02.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.00-dan 12.15-dək, saat 22.35-dən 22.50-dək, iyunun 28-də saat 03.00-dan 03.30-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR