Bank Of Baku

Ermənilər atəşi dayandırmırlar

Ermənilər atəşi dayandırmırlar
# 01 iyul 2010 06:30 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri iyunun 30-da saat 07.10-dan 07.30-dək, saat 07.48-dən 08.10-dək, saat 08.25-dən 08.45-dək, iyulun 1-də saat 03.30-dan 03.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16.10-dan 16.50-dək, saat 19.50-dən 20.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyulun 1-də saat 00.40-dan 00.55-dək Ağdam rayonunun Sarcalı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR