İşğalçı Ermənistan ordusu gündəlik atəşkəs pozuntularını davam etdirir

İşğalçı Ermənistan ordusu gündəlik atəşkəs pozuntularını davam etdirir
# 08 iyul 2010 06:48 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 7-də saat 14.00-dan 14.10-dək, 14.45-dən 15.00-dək, 21.50-dən 22.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 18.05-dən 18.40-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 18.30-dan 18.35-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.40-dan 20.44-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 21.45-dən 22.05-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərindən, iyulun 8-də saat 03.30-dan 03.55-dək Tərtər rayonunun Qızıloba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR