Bank Of Baku

Erməni işğalçıları atəşkəs pozuntularını davam etdirir

Erməni işğalçıları atəşkəs pozuntularını davam etdirir
# 12 iyul 2010 06:59 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 11-də saat 17.00-dan 17.20-dək, saat 21.00-dan 21.05-dək Tərtər rayonunun Çiləbürt və Talış kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 17.30-dan 17.35-dək Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.00-dan 21.15-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, iyulun 12-də saat 06.00-dan 06.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR