Bank Of Baku

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
# 13 iyul 2010 07:39 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 12-də saat 07.40-dan 07.55-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.25-dən 11.45-dək, saat 16.50-dən 17.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.05-dən 20.30-dək, saat 22.45-dən 23.05-dək Göy-Göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR