Bank Of Baku

Erməni işğalçıları 5 istiqamətdə atəşkəsi pozublar

Erməni işğalçıları 5 istiqamətdə atəşkəsi pozublar
# 14 iyul 2010 07:01 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 13-də saat 13.15-dən 13.25-dək, saat 16.00-dan 16.10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 14.20-dən 14.30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, iyulun 14-də saat 02.00-dan 02.20-dək, saat 02.35-dən 02.55-dək Tərtər rayonunun Qaranlı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 03.10-dan 03.35-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR