Bank Of Baku

Erməni işğalçıları 4 istiqamətdə atəşkəsi pozub

Erməni işğalçıları 4 istiqamətdə atəşkəsi pozub
# 15 iyul 2010 07:21 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-də saat 12.40-dan 13.10-dək, saat 14.10-dan 14.55-dək, saat 18.30-dan 18.50-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.50-dən 23.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərindən, iyulun 15-də saat 05.10-dan 05.25-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR