Ermənistanın müdafiə naziri itkin düşmüş sayılan erməni hərbçilərinin taleyindən xəbərdardır
1994-cü ilin aprel ayının sonunda Tərtər istiqamətində qanlı döyüşlər gedib və ciddi itkilər verən erməni tərəfi döyüş meydanında çoxlu sayda ölü və yaralı qoyaraq geri çəkilib. Torpaqtəpə yüksəkliyinə növbəti hücumdan sonra Eçmiadzin batalyonunun komandiri, “Kamikadze” ləqəbli kapitan Gevorq Ayrapertyan ağ bayraq qaldıraraq Azərbaycan ordusunun mövqelərinə yaxınlaşıb. O, hərbi hissənin qərargahına aparılıb və dindirilib. Məlum olub ki, G. Ayrapetyanın rəhbərlik etdiyi, Ermənistanda formalaşdırılmış 296 nəfərdən ibarət motoatıcı batalyon aprelin 21-də Tərtər istiqamətinə göndərilib. Bir həftəlik fasiləsiz döyüşlərdə batalyonun 200-ə yaxın əsgəri ölüb və yaralanıb. Torpaqtəpədəki son döyüşdə G. Ayrapetyanın yaxın qohumları, eləcə də 83-cü motoatıcı briqadanın qərargah rəisi, “Oçkarik” ləqəbli mayor Qaçik Oqanesyanın meyiti döyüş meydanında qalıb. Briqadanın komandiri, polkovnik Manvel Qriqoryan G. Ayrapetyana nə yolla olursa olsun xəbər İrəvana çatmadan meyitləri dəyişdirməyi əmr edib. G. Ayrapetyanın sözlərinə görə, geri çəkilən əsgərləri şəxsən güllələyən M. Qriqoryan bu zalımlığı ilə əlaqədar “Myasnik” ləqəbini alıb. (O, daha sonra Ermənistan müdafiə nazirinin müavini olub və “Yerkrapa” Birliyinə rəhbərlik edib. 2007-ci ildə Ter-Petrosyanın tərəfinə keçdikdən sonra M. Qriqoryan ordudan xaric edilib.)
G. Ayrapetyan bildirir ki, M. Qriqoryan və o vaxt Dağlıq Qarabağın “müdafiə naziri”nin müavini, polkovnik Seyran Ohanyan ölən əsgərləri Talış kəndində basdırmağı, sənədlərdə isə onları itkin düşmüş kimi qeyd etməyi tapşırıblar. Məqsəd Ermənistanda panika yaranmasının qarşısını almaq olub. Çünki çoxlu sayda meyit görən ailələr övladlarını Qarabağa göndərməyə bilərdilər. G. Ayrapetyan 1 həftə ərzində 1445 adlı yüksəkliyə gedən yolun sağında 300-ə yaxın erməni əsgərinin basdırıldığını açıqlayıb. O dindirilmə zamanı qorxu içində bəyan edib ki, Ermənistana qayıdarsa, həlak olmuş əsgər və zabitlərin yaxınları onu öldürər. Azərbaycan tərəfi belə bir qərar qəbul edib ki, meyitlərin dəyişdirilməsi yalnız G. Ayrapetyanın ifadələri təsdiqləndikdən sonra həyata keçirilsin. Komandanlıqla razılaşdırıldıqdan sonra G. Ayrapetyan buraxılıb. Onun sonrakı taleyi haqqında heç bir məlumat yox idi. Lakin 2009-cu ildə Ermənistan mətbuatı belə bir xəbər yaydı ki, 2007-ci ildə intizamsızlığa görə Ermənistan Silahlı Qüvvələrinin sıralarından qovulmuş podpolkovnik G. Ayrapetyan həbs edilib.
Bu faktlar Ermənistanın müdafiə naziri S. Ohanyanın itkin düşmüş əsgər və zabitlərlə bağlı açıqlamalarının yalan olduğunu ortaya qoyur. S. Ohanyan və yaxın ətrafı bu hərbçilərin meyitlərini Ermənistandakı ailələrinə göndərmədən onların basdırılmasını əmr ediblər. Beynəlxalq Qırmızı Xaç Komitəsi G. Ayrapetyanın göstərdiyi yerlərdə mütəxəssislərin iştirakı ilə monitorinq aparmalı və əsl həqiqət üzə çıxmalıdır.
Hərbi
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər