Bank Of Baku

Eldar Sabiroğlu: “Ermənistan gizir Mübariz İbrahimovun meyitini qaytarmasa, yeni bir presedent yarana bilər”

Eldar Sabiroğlu: “Ermənistan gizir Mübariz İbrahimovun meyitini qaytarmasa, yeni bir presedent yarana bilər”
# 15 iyul 2010 12:59 (UTC +04:00)
Beynəlxalq humanitar prinsipləri tapdalayan bu hiyləgər münasibətə Azərbaycan Müdafiə Nazirliyi vaxtında öz mövqeyini bildirib. Sınaqdan keçirilmiş konkret təcrübə göz qabağındadır. Dəfələrlə atışmalar zamanı meyitlərin qarşı tərəflərdə qaldığı hallar olub. Belə vəziyyətlərdə beynəlxalq təşkilatların, xüsusi ilə Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə danışıqlar aparılıb və qısa müddətdə cəsədlər qaytarılıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib. O bildirib ki, bütün əngəllərə baxmayaraq, Azərbaycan gizir İbrahimovun meyitinin geri alınması üçün səylərini davam etdirəcək: “Təəssüflə qeyd edirik ki, hələlik Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsləri bir nəticə vermir. Hazırda Ermənistan digər başqa bir uydurma ilə çıxış edir. Ermənilər Qırmızı Xaç Komitəsinin sorğusuna cavab olaraq bildirirlər ki, M. İbrahimovun cəsədi nə Ermənistanda, nə də Dağlıq Qarabağda yoxdur. O zaman sual meydana çıxır: atışmanın səhəri gün Ermənistanın müdafiə və xarici işlər nazirliklərinin Mübariz İbrahimovun cəsədinin silah-sursatla birlikdə qarşı tərəfdə qaldığı barədə verdikləri bəyanatlar nə məqsəd güdürdü? Yaxud rəsmi müraciət deyə səs-küy qoparmaqla nəyə işarə vururdular? Əslində ortada müəmmalı bir şey yoxdur. Yenə də ənənəvi milli bir keyfiyyətin nümayiş etdirilməsinin şahidi oluruq. Onlar indi də meyiti gizlətmək yolunu tutublar. Bu da heç bir bəşəri və insani normalara sığmır. Azərbaycan Müdafiə Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin son nəticəyə qədər öz missiyasını davam etdirəcəyinə inanır. Əks təqdirdə gələcəkdə yeni bir presedentin təməli qoyula bilər ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR