Bank Of Baku

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmağa davam edir

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmağa davam edir
# 16 iyul 2010 07:34 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 15-də saat 06.30-dan 07.00-dək, saat 07.55-dən 08.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 12.30-dan 12.55-dək, saat 16.30-dan 16.40-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.00-dan 23.35-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR