Hərbi Prokurorluqda altı ayın yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
23 iyul 2010 15:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Respublika Hərbi Prokurorluğunda 2010-cu ilin birinci yarısının yeklunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş prokurorun müavini, respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə keçirilən kollegiyada hesabat dövründə qanunçuluğun möhkəmləndirilməsi, dövlətçilik maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcüd nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtəfli təhlil olunub.
Kollegiyada çıxış edən hərbi prokuror Xanlar Vəliyev prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirildiyini, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, ordunun döyüş qabiliyyətinin xeyli yüksəldiyini və şəxsi heyətin nizam-intizamının gücləndiyini qeyd edib. O həmçinin, dövlət proqramına uyğun olaraq respublika hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin tərkibində Xüsusi İstintaq və Maddi-Texniki Təminat şöbələrinin yaradıldığını, bilavasitə ölkə başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğunun yaradılaraq fəaliyyətə başladığını, Qazax Hərbi Prokurorluğu üçün isə yeni inzibati binanın istifadəyə verildiyini xüsusi olaraq vurğulayıb

Hərbi
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir - VİDEO
19:38
6 may 2024
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
15:04
6 may 2024
Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
12:39
6 may 2024
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024