ABŞ və Yaponiya raketdən müdafiə sistemini sınaqdan keçiriblər
29 oktyabr 2010 23:59 (UTC +04:00)
Bakı-APA. ABŞ və Yaponiya hərbi rəsmiləri Sakit Okeanda ballistik raketdən birgə müdafiə sistemini uğurla sınaqdan keçiriblər. Bu barədə APA voanews.com-a istindən xəbər verir. Sınaq cümə axşamı Havay ştatına məxsus Kauay adasından 100 kilometr məsafədə keçirilib. Hədəf mərmi ABŞ-ın Kauaydakı hərbi bazasından atılıb və onu JS Kirişima hərbi gəmisi izləyib. JS Kirişima qəbuledici raket ataraq hədəfi Sakit Okean üzərində vurub. ABŞ hərbi qüvvələrinə məxsus Raketdən Müdafiə Agentliyi testi iki dövlət arasında hərbi əməkdaşlıqda mühüm dönüş nöqtəsi kimi alqışlayıb. 1998-ci ildə Şimali Koreya Yaponiya üzərindən raket atdıqdan bəri Vaşinqton və Tokyo raketdən müdafiə sistemi üzərində çalışırlar.
Hərbi
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024
Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib
13:19
3 may 2024
Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
12:03
3 may 2024