Azərbaycan və Türkiyənin müdafiə nazirləri Dağlıq Qarabağ problemini müzakirə ediblər
03 noyabr 2010 10:22 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin, Zərifə Əliyevanın, Şəhidlər Xiyabanda Azərbaycan və Türk şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniş tərkibli görüşdə S. Əbiyev bildirib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə arxa olmaqla yanaşı, sınaq günlərində də birlikdə olub, Azərbaycan erməni işğalına məruz qaldığı ilk vaxtlarda da bunu yaxından hiss edib. Nazirin sözlərinə görə, təəssüf doğuran hal odur ki, bir sıra beynəlxalq qurumlarda istər Azərbaycan xalqına, istərsə də Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyəti özünün lazımi qiymətini almayıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması və problemin danışıqlar yolu ilə həll edilməsi üzrə proseslərin davam etdiyini qeyd edib: “Lakin sülh danışıqlarının nəticə vermədiyi halda, Azərbaycanın başqa imkanlardan istifadə edəcəyi istisna deyil”.
S. Əbiyev bildirib ki, iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əlaqələr inkişaf etməkdədir, gələcəkdə də həmin prinsiplər əməkdaşlığın prioritetlərini təşkil edəcək. Nazir sözünə davam edərək deyib ki, bugünkü görüş, aparılan danışıqlar dostluq və əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcək.
Öz növbəsində, Türkiyənin milli müdafiə naziri Vecdi Gönül də Azərbaycanla Türkiyənin müxtəlif istiqamətlər üzrə, o cümlədən müdafiə sahəsində geniş əməkdaşlıq məsələlərindən söhbət açaraq perspektivdə də bu əlaqələrin dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Hərbi
Azad edilmiş ərazilərdə daha 79 mina, 378 PHS aşkarlanıb
12:39
6 may 2024
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024
Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib
13:19
3 may 2024