Bank Of Baku

Azərbaycanda Türkiyə müdafiə sənayesi məhsullarının təqdimatını həyata keçirəcək ofis açılacaq

Azərbaycanda Türkiyə müdafiə sənayesi məhsullarının təqdimatını həyata keçirəcək ofis açılacaq
# 30 dekabr 2010 08:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Türkiyə bir sıra ölkələrdə müdafiə sənayesi məhsullarının təqdimatını həyata keçirəcək ofislər açmağı planlaşdırır. APA-nın «Zaman» qəzetinə istinadən verdiyi məlumata görə, yaxın perspektivdə Qatar, Azərbaycan və Belçikada belə ofislərin açılması nəzərdə tutulur. Bu ofislər Türkiyə müdafiə sənayesi şirkətlərinin məhsullarını tanıtmaqla yanaşı satışına da dəstək olacaq.
Məlumatda bildirilib ki, 2011-ci ildə Türkiyə tarixində müdafiə sənayesi məmulatlarının ixracı 1 milyard ABŞ dollarını keçəcəyi hədəflənir.
Qeyd edək ki, anoloji ofis bir neçə ay əvvəl ABŞ-da açılıb.
Ofisdə ASELSAN şirkətinin istehsalı olan «Stinger» raketləri, 9600 dəyişən tezlikli radiostansiyaları, ROKETSAN şirkətinin 122 mm-lik reaktiv yaylım atəş sistemləri, «Yonca-Onuk» şirkətinin sürətli katerləri, HAVELSAN şirkətinin simulyatorları, elektronik hərb testləri, «Otokar» və FNSS şirkətlərinin zirehli nəqliyyat vasitələri, eləcə də digər firmaların müxtəlif silah, texnika və digər məhsulları sərgilənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR