Ali Hərbi Məktəbin rəisi: "Bu il qəbul olan kursantlara 10 yeni ixtisas tədris edilir"

Ali Hərbi Məktəbin rəisi: "Bu il qəbul olan kursantlara 10 yeni ixtisas tədris edilir"
# 11 fevral 2021 13:40 (UTC +04:00)

"Bu ildən etibarən Ali Hərbi Məktəbdə 1-ci kursa qəbul olan kursantlar bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq 10 yeni ixtisas üzrə təhsil alır.

APA-nın xəbərinə görə, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov deyib.

General qeyd edib ki, beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası ilə kursantlara hərb elminin incəlikləri öyrədilir: “Ali Hərbi Məktəbdə “xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssislər hazırlanır. Məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR