“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada “Sərhədsiz dostluq” festivalı keçirilir. Festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, festivalda hərbçilər təmsil olunduqları ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını, rəqsləri ifa edirlər. Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.
Eyni zamanda, festival çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcəkdir. Bu tədbirdə xalqımızın qədim köklərə bağlı mədəniyyəti, folkloru, tarixi özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar, kitablar, Azərbaycanda istehsal edilən ərzaq və digər məhsullar təqdim olunacaq.
50-dək ölkədən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 5-dək davam edəcək.
Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında iştirak edirlər
17 avqust 2020 16:26 (UTC +04:00)
Hərbi
Sadır Japarov: Qırğızıstan Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır
11:35
2 may 2024
Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
10:12
2 may 2024
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:51
1 may 2024
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:15
1 may 2024