Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov Mühəndis Qoşunlarının yeni inşa edilmiş mühəndis infrastrukturunun açılışında iştirak edib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, F.Məmmədov hərbi hissədə yeni inşa edilmiş əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Mühəndis qoşunlarının hissə və bölmələrində döyüş hazırlığının təşkili və aparılması, mühəndis-istehkam bölmələrinin taktiki-xüsusi, xüsusi və texniki hazırlığının yüksək səviyyədə saxlanılması üçün yeni mühəndis şəhərciyi və mühəndis texnikalarının sürücülük sahəsi də hazırlanaraq istifadəyə verilib.
Qeyd olunub ki, yaradılan şərait Mühəndis Qoşunlarının hissə və bölmələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək.
Mühəndis Qoşunlarının yeni inşa edilmiş mühəndis infrastrukturu istifadəyə verilib
23 iyun 2020 10:32 (UTC +04:00)
Hərbi
Azərbaycanla Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub - VİDEO
18:27
7 may 2024
Azərbaycan Ordusunun “EFES - 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb - VİDEO
16:06
7 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Qəbələdə dəfn olunub - YENİLƏNİB
16:06
7 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Xaçmazda dəfn olunub - FOTO - YENİLƏNİB
14:53
7 may 2024