ASFAT tərəfindən istehsal edilən uzaqdan idarə olunan minatəmizləmə maşını MEMATT-ın Azərbaycana ixrac edilməsi davam edir.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Beş maşından ibarət ikinci partiyanın da çatdırılması başa çatıb. Beləliklə bu günə qədər ümumilikdə 7 MEMATT minatəmizləmə maşını qardaşlarımıza təslim edilib. Xeyirli olsun!”, - deyə məlumatda qeyd olunub.
***
saat 12:28
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.
Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.