“Dinc əhali arasında yaralı və itkilər olub”.
APA-nın məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, hərbi hissələrin ön xətti də atəşə tutulub: “Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətində düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub. Onların hücum hazırlığı görülüb. Əməliyyat şəraitini nəzərə alaraq, ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, bir neçə kənd işğaldan azad edilib. Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Müasir silahlar tətbiq olunur. Düşmənin müqavimətini görmürük".