Bank Of Baku

Zakir Həsənov Moskvada keçiriləcək hərbi paradda qonaq qismində iştirak edəcək

Zakir Həsənov Moskvada keçiriləcək hərbi paradda qonaq qismində iştirak edəcək
# 22 iyun 2020 11:12 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR