Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
APA-nın məlumatına görə, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.
Allah rəhmət eləsin”.
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 fevral 2020 12:31 (UTC +04:00)
Hərbi
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:51
1 may 2024
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:15
1 may 2024
Azad edilən ərazilərdə ötən ay 332 mina, 2502 PHS aşkarlanıb
14:45
1 may 2024
Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən təlimdə iştirak ediblər
18:35
30 aprel 2024