Bank Of Baku

ANAMA Britaniyanın MAG təşkilatı ilə memorandum imzalayıb

ANAMA Britaniyanın MAG təşkilatı ilə memorandum imzalayıb
# 16 dekabr 2021 12:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalayıb.

ANAMA-dan APA-ya bildirilib ki, sənəd çərçivəsində birgə hazırlanan təlim planına uyğun olaraq MAG təşkilatı tərəfindən ANAMA-nın yeni sahə supervayzerlərinin hazırlanması üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, minalardan təmizləmə fəaliyyətinə məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır: "ANAMA bu dəfə də beynəlxalq təcrübəyə əsaslanaraq milli potensialın təkmilləşdirilməsində maraqlıdır. Bu sahə üzrə əldə edilmiş biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına öz müsbət töhfəsini verəcək. Layihənin ölkəmizdəki icrası Amerika Birləşmiş Ştatları və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Həmçinin, memoranduma əsasən ANAMA-nın təlim ehtiyaclarının qiymətləndirilməsi, əsas nəzarətedici heyət üçün nəzəri və praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir".

ANAMA ilə MAG arasındakı əməkdaşlıq, eyni zamanda Azərbaycanda mövcud mina problemi miqyasının beynəlxalq donor icmalarına çatdırılması istiqamətində dəstək olacaq.

MAG təşkilatı humanitar minatəmizləmə, təhlükəsiz mühitin yaradılması və münaqişədən zərərçəkən icmalarla əlaqə üzrə dünyanın 29 ölkəsində fəaliyyət göstərir.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində ANAMA ilə MAG arasında humanitar minatəmizləmə fəaliyyətində texniki dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR