Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə təlim kursunda iştirak ediblər.
APA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbçiləri Kayseridə Birinci Komando Briqada Komandanlığında 113-cü təməl paraşüt kursuna qatılıblar.