Paşha Bank
Bank Of Baku

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb
# 05 oktyabr 2026 18:50 (UTC +04:00)

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

​Tədbirdə əvvəlcə qonaqlara Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin fəaliyyəti haqqında geniş məlumat verilib. Xüsusilə Azərbaycan Ordusunun Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi, antiterror və digər döyüş əməliyyatları zamanı operativ informasiya təminatı, eləcə də dezinformasiyaya qarşı mübarizədə görülən tədbirlər diqqətə çatdırılıb.

​Daha sonra Müdafiə Nazirliyinin informasiya, kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyası, rəsmi sosial media platformalarının idarə olunması və vətəndaş müraciətləri ilə iş sahəsindəki fəaliyyətinə dair brifinqlər təqdim edilib.

​Görüşdə strateji kommunikasiya və informasiya fəaliyyətinin təşkili üzrə ətraflı fikir mübadiləsi aparılıb, həmçinin iki ölkə arasında hərbi informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR