Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Hərbçinin qayadan yıxılaraq həlak olduğu açıqlanıb.