Bank Of Baku

Azərbaycanın Ermənistana qaytardığı 10 erməni hərbçidən 5-i tutulub - VİDEO

Azərbaycanın Ermənistana qaytardığı 10 erməni hərbçidən 5-i tutulub - VİDEO
# 09 dekabr 2021 23:06 (UTC +04:00)

Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycanın qaytardığı 10 hərbçidən beşini saxlayıb.

APA-nın xəbərinə görə bu barədə “Sputnik Armenia” Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadla məlumat yayıb.

“Hazırda 5 hərbçi hərbi xidmətkeçmə və döyüş növbətçiliyi qaydalarının ağır nəticələrə səbəb olan pozulması ittihamı ilə saxlanılıb. Onların həbs edilməsi üçün məhkəməyə təqdimat verilib”, deyə Tadevosyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR