Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.
APA-nın əldə etdiyi məlumata görə, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.
Nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması gözlənilir.
Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı bildirilir.