Bank Of Baku

Bakıda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakıda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib
# 28 mart 2019 17:06 (UTC +04:00)

Martın 28-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Azərbaycan, Rusiya və Qazaxıstanın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

“Dəniz Kuboku-2019”da iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR