Bank Of Baku

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu

© APA | Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu

# 08 fevral 2022 16:51 (UTC +04:00)

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.

Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib.

Təlim kursu fevralın 11-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR